Bakının Binəqədi rayonunda 2 nəfər uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
AzerTimes xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqlar xilas olunub.