Bakının Sabunçu rayonunda ehtiyatsızlıq ölümə səbəb olub.
AzerTimes APA-ya istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1958-ci il təvəllüdlü Hüseynəli Musa oğlu Əsgərov evində laqonda ilə işləyərkən qolunun bazu sümüyün kəsib.
Ailə üzvləri onu xəstəxanaya çatdırsa da, yaralı dünyasını dəyişib.
Həkimlərin verdiyi məlumata görə, onun ölümünə səbəb qan itirməsi olub.
Fakt araşdırılır.