Xəbər - Cani Babayeva – Trend:
Milli Gimnastika Arenasında keçiriləm Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatında kişilər və qadınlar arasında batut üzərində fərdi hərəkətlərdə finalçılar məlum olub.
Trend-in məlumatına görə, kişilər arasında finala Langyi Yan (Çin), Dilan Şmidt (Yeni Zelandiya), Oleq Rabtsau (Belarus), Andrey Buylov (Belarus), Rusey Nisioka (Yaponiya), Allan Morante (Fransa), Dioqo Abreu (Portuqaliya) və Dmitri Uşakov (Rusiya) çıxıb.
Qadınlar arasında isə Yunçju Çjao (Çin), Yanfey Huanq (Çin), Brayoni Peyc (Böyük Britaniya), Hikaru Mori (Yaponiya), Lea Labruss (Fransa), Yan Lebedeva (Rusiya), Sara Milett (Kanada) və Melaniya Rodriges (İspaniya) finala vəsiqə qazanıb.
Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.
4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
(Tərcümə: Orxan Nəbiyev)