Bakıda kişi özünü körpüdən atmağa cəhd etdi

Bakıda kişi özünü körpüdən atmağa cəhd etdi

Bu gün axşam saatlarında intihara cəhd hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib, bir vətəndaş körpüyə çıxaraq intihar etmək istəyib.

Hadisə yerinə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Əməliyyat zamanı müəyyən edilib ki, 1981-ci il təvəllüdlü Ramin Mirağa oğlu Əliyev körpünün məhəccərinə çıxaraq intihara cəhd edir.

Xilasedicilər onunla ünsiyyət quraraq davamlı psixoloji söhbət aparıblar və təhlükəsizlik tədbirləri həyata keçirilib. Xilasedicilərin psixoloji dəstəyi nəticəsində R.Əliyev intihar niyyətindən daşınıb və o, təhlükəsiz şəkildə xilas edilərək müvafiq qurumlara təhvil verilib.

Teqlər: