Bakıda kişi arvadını öldürdü, qaynı və qaynanasını bıçaqladı

Xəbər - Samir Əli – Trend:

Bakıda kişi arvadını qətlə yetirib.

Xətai Rayon Prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
hadisə fevralın 25-i Xətai rayonu ərazisində baş verib .

1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə
xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil
olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar
Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə
zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər
Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər
yetirmiş, nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri
səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.

Teqlər: