Bakıda kirayəşin otaq yoldaşını qətlə yetirdi

Bakıda kirayəşin otaq yoldaşı tərəfindən qətlə yetirilib.

Suraxanı rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
martın 29-u saat 10 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi
ərazisində 1972-ci il təvəllüdlü Fəxrəddin Əsədovun öldürülməsi
barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1966-cı il
təvəllüdlü Ravil Baybəyovun birgə kirayədə yaşadıqları mənzildə
şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı
Fəxrəddin Əsədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə
əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.
Ravil Baybəyov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Teqlər: