Bakıda kirayə mənzillərin qiyməti ucuzlaşıb.
Bu barədə AzerTimes-a
“MBA Consulting Group” şirkətindən məlumat verilib.
Belə ki, fevral ayında Bakıda kirayə mənzillərin orta qiymətində
4,41 faiz ucuzlaşma müşahidə olunub və bir kvadrat metrin orta
kirayə qiyməti 7,73 manat təşkil edib.
Fevral ayında bir otaqlı mənzillərin orta kirayə qiyməti 366
manat, iki otaqlı mənzillərin kirayə qiyməti 555 manat, üçotaqlı
mənzillərin kirayə qiyməti 820, çoxotaqlı mənzilərin kirayə qiyməti
isə 1183 manat təşkil edib.