Xəbər - Samir Əli – Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) həkim-pediatrları tərəfindən Ramanı qəsəbəsində yerləşən “Nur Uşaq Evi” kimsəsiz uşaqlar sığınacağında yaşayan körpələrin tibbi müayinəsi keçirilib.
TƏBİB-dən AzerTimes-a verilən məlumata görə, tibbi baxış zamanı əlavə müayinəyə ehtiyacı olan uşaqlar ETPİ-də geniş yoxlanışdan (rentgen, usm, qanın ümumi analizi və s.) keçirilib, eyni zamanda uşaq evinin rəhbərliyi tərəfindən bildirilən bütün zəruri ehtiyaclar qarşılanıb.