Xəbər - Cani Babayeva – Trend:
Bakıda batut gimnastikası, qoşa mini batut və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının 15-16 yaş qrupunda kişilər və qadınlar arasında sinxron batutda tullanma proqramında finalçılar müəyyənləşib.
Trend xəbər verir ki, qadınlar arasında sinxron tullanma proqramında Mariya Sergeeva və Violetta Bardilovskaya (Belarus), Nataliya Bloxina və Anjelika Alışeva (Rusiya), Nataliya Olefir və Anjela Bladtseva (Rusiya), Diana Sarafova və Kristina Stamova (Bolqarıstan), Havva Esin Ergün və Ejem Nisa Esen (Türkiyə), Kiko Tanaka və Misaki İşida (Yaponiya), Maya Möller və Aurelia Eisloffel (Almaniya), Bettina Wöll və Marrit Ramacher (Almaniya) finala yüksəliblər.
Kişilər arasında isə sinxron tullanma proqramında finala Maksim Osipenko və Mixail Şçur (Belarus), Yusei Matsumoto və Masaki Yoşimura (Yaponiya), Kanato Tsuzuku və Taiga Akaiişi (Yaponiya), Marko Tonelli və Andrea Radaelli (İtaliya), Maksim Anisimov və Dmitri Nartov (Rusiya), Lukas Kubik və Maks Krivanes (Çexiya), Albert Kristensen və Aksel Koldkzhaer (Danimarka), İlya Polonets və Artem Nikanorov (Ukrayna) yüksəliblər.
Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.
Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.
Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.
Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.