Bu gün Bakıda Milli Gimnastika Arenasında Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının qalibləri və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib.
AzerTimes-ın məlumatına görə, qadınlar arasında ikili mini-batut üzərində tullanışlar proqramında qızıl medalı isveçli Lina Syoeberq, gümüş medalı ABŞ təmsilçisi Şelbi Nouhara, bürünc medalı isə ispaniyalı Melaniya Rodriqes alıblar.
Kişilər arasında tamblinq proqramı üzər birinci yeri rusiyalı Aleksand Lisitsin, ikinci yeri Azərbaycan təmsilçisi Mixail Malkin, üçüncü yeri isə ABŞ idmançsı Kaden Braun tutublar.
Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.