Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun top hərəkətləri üzrə finalçıları müəyyənləşib.
AzerTimes xəbər verir ki, onlar Lala Kramarenko (Rusiya, 27.700 bal), Lina Aşram (İsrail, 27.200 bal), Boryana Kalain (Bolqarıstan, 25.675 bal), Nicole Zelikman (İsrail, 25.400 bal), Daria Trubnikova (Rusiya, 25.250 bal), Alexandra Acurcukulese (İtaliya, 25.150), Alina Garnasko (Belarus, 25.050 xal), Victoria Onoprienkodur (Ukrayna, 24.825 xal).
Azərbaycanlı gimnastlar topla hərəkətlərin final mərhələsinə vəsiqə qazana bilməyiblər. Zöhrə Ağamirova 12-ci (24.250 xal), Arzu Cəlilova – 15-ci (23.450 xal) yer alıb.
Xatırladaq ki, Bədii Gimnastika üzrə Dünya Kubokunun ilk günü cümə günü Bakıdakı Milli Gimnastika Arenasında keçirilir.