Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunun yarımfinalına vəsiqə qazanan gimnastlar məlum olub

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya
Kuboku yarışları çərçivəsində kişilər arasında fərdi proqramda
ikinci təsnifat mərhələsinə (yarımfinal) vəsiqə qazanan gimnastlar
müəyyənləşib.

AzerTimes-ın məlumatına görə, sabah keçiriləcək ikinci təsnifat
mərhələsinə 16 idmançı – Belarus təmsilçiləri İvan Litvinoviç, Oleq
Ryabtsev, Andrey Buylov; Rusiyadan olan gimnastlar Kirill Kozlov,
İlya Kurbanov və Maksim Tanovitski; Portuqaliyalı idmançılar Dioqo
Abreu və Pedro Ferreyra; Qazaxıstan təmsilçiləri Danil Musabaev,
Roman Barkov, Yerlan Tasmaqambetov; Amerikalı gimnast Kody
Gesuelli; Türkiyədən idmançılar Gürkan Mutlu, Hüseyn Engin Yontucu
və Emre Yağmur; İsveç nümayəndəsi Maans Eberg çıxıblar.

Xatırladaq ki, qədəm qoyduğumuz yeni Olimpiya dövründə batut
gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən artıq
iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışların
miqyası və iştirakçıların sayından asılı olaraq ikinci təsnifatda
müvafiq olaraq 16 və ya 24 iştirakçı olur.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Milli Gimnastika Arenasında keçiriləcək.

Yarışda 13 ölkədən 63 idmançının iştirakı gözlənilir. Dünya
kubokuna qatılmaq məqsədilə ölkəmizə səfər edəcək batutçular iki
yarış günü ərzində Beynəlxalq Gimnastika Federasiyasının yeni
qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü
təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci
təsnifat və final mərhələləri (kişilər və qadınlar)
keçiriləcək.

Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Maqsudova
təmsil edir.

Teqlər: