Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərinin son mərhələsi hər iki ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə baş tutub.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, keçirilən təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə edildikdən sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən tapşırıqların praktiki icrasını müşahidə ediblər.
Azərbaycan və Türkiyə ordularının təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.
Birgə təlimlər müvəffəqiyyətlə başa çatdıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və xatirə şəkli çəkdiriblər.