Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında bolqarıstanlı trio birinci yeri tutdu

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının final yarışlarına qızıl mükafata Bolqarıstanı təmsil edən bir üçlük qazanıb.

Trend xəbər verir ki, Antonio Papazova, Darina Paşova və Tixomir Barotevadan ibarət bolqar üçlüyü hakimlərdən 22.877 bal alıb.

Gümüş medala Macarıstandan olan üçlük – Daniel Bali, Fanny Mazaç və Balaj Farkas (22.616 xal), bürünc medala isə Rumıniya üçlüyü – Teodora Kuku, Daniel Tavok və David Qavriloviçi (22.427 xal) layiq görülüblər.

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı Azərbaycan Gimnastika Federasiyasının 2021-ci ildə təşkil etməyi planlaşdırdığı irimiqyaslı yarışlardan biridir.

Yarışda 22 ölkədən 166 idmançı çıxış edir.

Üç gün davam edəcək yarış zamanı gimnastlar qadınlar və kişilər üçün fərdi proqramda, qarışıq cütlüklərdə, triolarda, qruplarda, həmçinin aerosoy rəqsi və aostep proqramlarında yarışır. Qaydalara görə, bir iştirakçı bu proqramlardan ən çox üçdə çıxış edə biləcək.

Yarışlar Azərbaycanda pandemiya ilə əlaqədar qüvvədə olan karantin tədbirlərinə uyğun olaraq, sanitariya və epidemioloji tələblər nəzərə alınaraq və tamaşaçısız keçirilir.

Teqlər: