Xəbər - Cani Babayeva – Trend:
Azərbaycan gimnastı Selcan Maqsudova Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokunda ölkəni təmsil edəcək.
Trend-in məlumatına görə, yarış fevralın 12-13-də Milli Gimnastika Arenasında keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasının bu il keçirəcəyi ilk turnirdə 14 ölkədən 63 idmançının iştirakı gözlənilir.
Yarışlar ölkədə mövcud olan karantin qaydalarının tələblərinə uyğun olaraq təşkil olunacaq.
(Tərcümə: Cani Babayeva)