Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var

Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var

Bakının Nərimanov rayonunda dava zamanı qadın xəsarət alıb.

AzerTimes APA-ya istinadən xəbər verir ki, hadisə iaşə obyektində qeydə alınıb.

1963-cü il təvəllüdlü M.Əliyeva kafedə tanışı ilə əlbəyaxa dava edib. Qadınlar arasında düşən dava zamanı M.Əliyeva xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt üzrə Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Teqlər: