Bakıda kafe yandı

Bakıda kafe yandı

Payxatın Binəqədi rayonunda kafelərdən birində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin saytından verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 47m² olan kafenin taxta konstruksiyalardan ibarət mətbəxi 12m² sahədə və içərisində olan əşyalar yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən kafenin mətbəxindən 2 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Kafenin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 09:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.