Bakıda kafe sahibi və ofisiant döyüldü

Bakıda kafe sahibi və ofisiant döyüldü

Bakıda kafe sahibi və ofisiant müştərilər tərəfindən döyülüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.

Belə ki, kafenin müdiri, 1982-ci il təvəllüdlü Şamil Bəkir oğlu İsmayılov və ofisiant, 1994-cü il təvəllüdlü Timur Oleqoviç Panovun müştərilərlə mübahisəsi yaranıb.

Mübahisə sahibkarla və işçinin döyülməsi ilə yekunlaşıb.

Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: