Xəbər - Samir Əli – Trend:
Ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsində 13 yaşlı Aleksandra Dünyamalızadənin evdən çıxıb və geri qayıtmaması barədə məlumat yayılıb.
DİN Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa zamanda görülən tədbirlər nəticəsində A.Dünyamalızadə tapılaraq ailəsinə təhvil verilib.
Ailə məsələyə operativ reaksiyaya göstərərək yetkinlik yaşına çatmayan övladlarının tapılmasına görə polis əməkdaşlarına təşəkkür ediblər.