Bakıda istismara tam yararsız binaların sayı açıqlandı (ÖZƏL)

Xəbər - Çingiz Səfərli – Trend:

Bakıda istismara tam yararsız binaların sayı açıqlanıb.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, hazırda Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı departamentinin balansında 11 minə yaxın çoxmənzilli yaşayış binası mövcuddur.


“Bu binalardan 98-i istismara tam yararsız vəziyyətdədir. Həmin binaların yararsız olması barəsində bizə Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilib. Rəyə əsasən, Nazirlər Kabinətinə müraciət edilib”, – deyə məlumatda qeyd olunub.

Teqlər: