Xəbər - Samir Əli – Trend:
Bu gün Bakının içməli su ilə təchiz olunması məsələsində heç bir problem yoxdur, içməli su normalara tam uyğundur.
AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” verilişində deyib.
O qeyd edib ki, Bakı şəhərinə verilən içməli su istər bakterioloji, istərsə də kimyəvi göstəricilər baxımından norma daxilindədir.
Z.Kazımovun sözlərinə görə, dövlət proqramına uyğun olaraq ölkə ərəzisində su və kanalizasiya sistemlərinin yenidən qurulması prosesi davam etdirilir.