Bakıda İran vətəndaşı piyadanı vurub öldürdü

Bakıda İran vətəndaşı piyadanı vurub öldürdü

Bakıda İran vətəndaşı idarə etdiyi yük maşını ilə piyadanı vuraraq öldürüb.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Karvansaray” Ticarət Mərkəzinin həyətində İran İslam Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü Afrooz Mansoor Aziz oğlu idarə etdiyi DAF XF480FT markalı yük avtomobili hərəkətdə olarkən avtomobilin sağ tərəfindən sol tərəfinə keçən piyada 1985-ci il təvəllüdlü Sahib Alıxan oğlu Oruclunu vurub.

Nəticədə Sahib Oruclu hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Teqlər: