Bakıda inzibati binada yanğın olub.
AzerTimes xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli fəaliyyət göstərməyən inzibati binanın yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb.
Yüksək temperaturdan binaya bitişik, ümumi sahəsi 220 m² olan ikimərtəbəli evin xarici divari 10 m² sahədə qarsalanıb. Binanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.