Bakıda dördmərtəbəli inzibati binada yanğın olub, 50 nəfər təxliyə edilib.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumata görə, Qaradağ rayonunda dördmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət otaqlar 200 m² sahədə və 2-ci mərtəbəsində 1 ədəd taxtadan ibarət pəncərə çərçivəsi yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 50 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.