Ötən ildə Bakı şəhərində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 75,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 9,3 faizini əsaslı təmir, 5,6 faizini cari təmir, 9,4 faizini isə digər tikinti işləri təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən AzerTimes-a bildirilib ki, ümumi inşaat işlərinin 90,7 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.