Bakıda marşrut xəttinə ilk elektrik mühərrikli avtobus buraxılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, elektrik avtobusu 5 nömrəli marşrut xəttində hərəkət edir. Marşrut xətti “20-ci sahə” – “Nəriman Nərimanov” metro stansiyası istiqamətini əhatə edir.
Avtobus 33 sərnişin oturacağına malikdir. Ümumi sərnişin tutumu 82 nəfər olan avtobus tam enerji toplayaraq 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir.
Elektrik avtobusun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaсaq. Nəticələrə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında istifadəsi imkanları qiymətləndiriləcək.