Qaradağ rayonunda iki yük avtomobili toqquşub, bir nəfər ölüb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “Ford” markalı yük avtomobili “Shacman” markalı yük avtomobilinə çırpılıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri və 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan “Ford” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.