Bakıda iki nəfəri güllələyən şəxsə hökm oxundu

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda iki nəfəri güllələməkdə təqsirləndirilən Tural Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzerTimes-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Tural Nağıyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Tural Nağıyev Yasamalda kriminal aləmə yaxınlığı ilə bilinən Zülfü Muradovu və İlkin Bağıyevi güllələməkdə təqsirli bilinir.

Əməliyyat-axtarış tədbirlərilə ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Tural Nağıyev tutulub.

T.Nağıyev barəsində Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Teqlər: