Bakıda iki “Mersedes” toqquşdu: ölən var

Bakıda iki “Mersedes” toqquşdu: ölən var

Noyabrın 25-də saat 1 radələrində Binəqədi rayonunun Mehdiabad qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Belə ki, Bakı şəhər sakinləri Valeh Qəhrəmanovun idarə etdiyi VAZ-21015, K.Bağırovun idarə etdiyi “Mersedes” markalı yük və Gəncə şəhər sakini S.Ələsgərovun idarə etdiyi “Mersedes” markalı minik avtomobilləri toqquşub. Nəticədə V.Qəhrəmanov hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: