Xəbər - Çingiz Səfərli – Trend:
Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, 2022-ci il yanvarın 12-də ölkə üzrə 432 ictimai iaşə obyektində 774 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, R. Rza küçəsi 19 ünvanında yerləşən, fiziki şəxs Necat Ata Özcana məxsus “Atabey Çiğ Köfte” restoranı;
2. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 148D ünvanında yerləşən, fiziki şəxs Əkbərov Azər İdris oğluna məxsus dönər evi;
3. Gəncə şəhəri, Adil İsgəndərov küç., ev 95A ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Vaqif Fərrux oğluna məxsus “Cafe de Paris” kafesi;