Bakıda idman gimnastikası üzrə FIG Dünya Kubokunun final gününə start verilib (FOTO)

Aprelin 3-də Milli Gimnastika Arenasında kişi və qadın idman
gimnastikası üzrə FIG Dünya Kuboku yarışlarının final gününə start
verilib.

AzerTimes-ın məlumatına görə, bu gün kişilər arasında dayaqlı
tullanma, dəstəli at və turnik, qqadınlar arasında sərbəst
hərəkətlər və gimnastika tiri üzərində hərəkətlərdə final yarışlar
keçiriləcək.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika
Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku
keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145
idmançı qüvvəsini sınayır.

2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə
keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək
yarışlar final mərhələsi hesab olunur.

Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa
hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.

Teqlər: