Bakıda idman gimnastikası üzrə Dünya Kuboku çox yaxşı keçirilir – Finlandiya idmançısı

Bakıda keçirilən idman gimnastika üzrə FIG Dünya Kuboku çox
yaxşı keçirilir.

Bu barədə AzerTimes-a
yarışın iştirakçısı, Finlandiya idmançısı Maysa Kuusikko deyib.

“Milli Gimnastika Arenasında çox yaxşı gimnastika alətləri var,
zalın özü də böyük və işıqlıdır, ona görə də burada özünü rahat
hiss edirsən. Hər şey əladır, təşkilatçılar idmançıların rahatlığı
üçün hər şeyi ediblər”, – deyə o vurğulayıb.

Maysa Kuusikko kubokun finala yüksəlməsinə baxmayaraq, onun
fikrincə, o daha yaxşı çıxış edə bilərdi:

“Bu gün o qədər də mənim günüm olmayıb və ümid edirəm ki, sabah
daha yaxşı çıxış edəcəm. Deyim ki, yarışa hazırlıq yaxşı keçdi,
alətləri sınamağa, proqramı işləməyə vaxtım olub”.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika
Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku
keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145
idmançı qüvvəsini sınayacaq.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü
isə final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək
icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da
təqdim olunacaq.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya
kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya
kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda
göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara
ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.

Teqlər: