Bu gün Bakının Heydər Məscidində helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian, eləcə də digər şəxslərin 40 mərasimi təşkil edilib.
AzerTimes xəbər verir ki, mərasim İranın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Mərasimdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Azərbaycan XİN-in rəsmi nümayəndələri, deputatlar, Azərbaycandakı xarici səfirlər və diplomatlar iştirak ediblər.
Qeyd edək ki, İbrahim Rəisi, Hüseyn Əmir Abdullahian və digər rəsmilər 19 mayda Şərqi Azərbaycanda helikopter qəzasında həlak olublar.