Best of India (Hindistanın ən yaxşıları) – Hindistan
məhsullarının ən böyük eksklüziv Ticarət Sərgisi 26 mart 2022-ci il
tarixdə açılacaq.
ANM Exhibitions, Yun və Yun məhsullarının İxracının Təşviqi
Şurası və Hindistanın Bakıdakı Səfirliyi ilə birgə 6 mart- 3 aprel
2022-ci il tarixlərində səhər saat 11:00-dən axşam saat 7:00-dək
Bakıda, Neftçilər prospekti 26A ünvanında yerləşən Bakı İdman
Sarayında Best of India – Hindistan məhsullarının ən böyük
eksklüziv Ticarət Sərgisini təşkil edir. Xarici ölkələrdə ardıcıl
olaraq təşkil olunan bu sərgi, Hindistan sənayesinin yüksək
keyfiyyətli moda, tekstil və həyat tərzi məhsullarını dünyaya
tanıdır.
Hindistanın səfiri cənab B.Vanlalvavna bildirib ki, bu ilki
sərgi “Best of India” sərgisinin səkkizinci buraxılışı olacaq və bu
sərgidə özünün düyü, çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev
mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş
etdirəcək Hindistanın 60-a yaxın şirkət iştirak edəcək.
Səfirin sözlərinə görə, tədbirin əsas üstünlüyü Hindistan
Səfirliyinin piştaxtasında əsl Hindistan çayının canlı
təbliğatınıın aparılması olacaq. Ziyarətçilər tədbir zamanı
istənilən vaxt Hindistan stendində ödənişsiz olaraq Hindistan
çayını dada bilərlər. Bundan əlavə, tədbirin davam etdiyi doqquz
günü ərzində böyük LED ekranda Hindistanın Assam, Qərbi Benqal,
Manipur, Himaçal Prade, Sıkkım, Tamil Nadu və Kerala və s.
əyalətlərində turizm, mədəniyyət və investisiya imkanlarının
təbliğatı məqsədilə Azərbaycan dilində subtitrlərlə videoların
fasiləsiz nümayişi olacaqdır.
Səfir vurğulayıb ki, tədbirdə biznes və ticarətlə yanaşı, zəngin
Hindistan mədəni irsinin xalq rəqsləri, Bollivud mahnılarının
ifaları, ənənəvi alətlərdə ifa, xına (Mehndi) sənəti və s.
vasitəsilə təmsil olunması da diqqət mərkəzində olacaq və bu da öz
növbəsində “Best of India” tədbirinə dəyər qatacaq. Sərgiyə giriş
ödənişsizdir.
Səfir Vanlavavna həmçinin qeyd edib ki, Hindistan və Azərbaycan
arasında tarixi əlaqələrə əsaslanan sıx dostluq münasibətləri
mövcuddur və ikitərəfli əməkdaşlıq əlaqələri də getdikcə
genişlənir. 2021-ci ilin yanvar-dekabr aylarında Hindistan və
Azərbaycan arasında ümumi ikitərəfli ticarət dövriyyəsi ötən ilə
nisbətən 26,8% artaraq 739,10 milyon ABŞ dolları təşkil edib.
Hindistan Səfirliyi son bir il ərzində Hindistan və Azərbaycan
şirkətləri arasında müxtəlif sektorlarda hibrid rejimdə ondan çox
B2B görüşlər təşkil etmişdir. Hindistan və Azərbaycan arasında
Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı
çərçivəsində də genişlənməkdə olan əməkdaşlıq mövcuddur. Bu prorqam
Azərbaycanın təcrübəli mütəxəssislərin və tələbələrin
potensiallarınının artırılması üçün Hindistan qurumlarında bütün
xərcləri qarşılanan təlim proqramları ilə təmin edir.