Bakıda həyat yoldaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Xəbər - Samir Əli – Trend:

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ehtibar Qasımovun cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

AzerTimes-ın məlumatına görə, cinayət işinin materialları baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Səbuhi Hüseynovun icraatına verilib.

Xatırladaq ki, hadisə bu il fevralın 1-də saat 18 radələrində Suraxanı rayonu ərazisində baş verib. Rayon sakini,1992-ci il təvəllüdlü Qasımova Fəridə Şükür qızının öldürülməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Ehtibar Qasımovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Fəridə Qasımovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Ehtibar Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Teqlər: