Xəbər - Samir Əli – Trend:
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən hakim Fəqan Əhmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsində istintaq orqanının verdiyi vəsatətə baxılıb.
AzerTimes-ın məlumatına görə, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. F. Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, hadisə mayın 30-da gecə saatlarında paytaxtın Sabunçu rayonu, Ləhic bağları adlanan ərazidə qeydə alınıb.
Bakı şəhər sakini Fəqan Əhmədov odlu silahla həyat yoldaşı Pərvanə Əhmədovanı qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Fəqan Əhmədov Sabunçu rayon Məhkəməsinin hakimi olub