Bakıda həyat yoldaşını öldürmək istəyən şəxsə hökm oxundu

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Xaliq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.Hüseynov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri Xalid Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

Xalid Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Teqlər: