Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə
cəhddə təqsirləndirlilən Şükür Mirzəyevin cinayət işi üzrə məhkəmə
prosesi başa çatıb.
AzerTimes-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm
oxunub.
Məhkəmənin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum
edilib.
Qeyd edək ki, hadisə 2021-ci il sentyabrında paytaxtın Sabunçu
rayonu Zabrat qəsəbəsində qeydə alınıb.
Ş.Mirzəyev ailə münasibətləri zəminində həyat yoldaşı Kəmalə
Mirzəyevanı balta ilə zərbələr endirərək qətlə yetirib. Törətdiyi
cinayət əməlinə görə Ş.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin
29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və
29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla
adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb. Barəsində
həbs qətimkan tədbiri seçilib.