Bakıda havada yanaraq yerə düşən obyekt nədir? – AÇIQLAMA (VİDEO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Bakı sakinləri bu gün səhər saatlarında havada yanaraq yerə doğru hərəkət edən obyekt görüblər.

Məlumata görə, havada yanaraq yerə düşən obyekt şəhərin bir çox istiqamətlərindən görünüb.

Bununla bağlı sualı Trend-ə Azərbaycan ŞAR-ın icraçı direktoru professor Nəriman İsmayılov cavablandırıb.

O bildirib ki, fəzada çoxlu sayda müxtəlif ölçülü göy cismləri mövcuddur. Müxtəlif səbəblərdən aşınaraq öz orbitini tərk edir və istənilən istiqamətə uça bilir.

“Onlardan bir neçəsi də yer orbitinə daxil ola bilir. Yer kürəsində böyük sürət nəticəsində yüksək temperatura qədər qızır və aşınır. Belə cisimləri meteorlar adlandırırlar. Onlar yerə düşəndə isə daş parçası formasında olur. Meteoritlər müxtəlif ölçüdə olur. Onların böyüklərinə bolidlər deyirlər. Bolidlər daha parlaq formada olurlar. Onlar yerə çatmadan kül olurlar. Bakı səmasında müşahidə olunan cism bu tip cismlərdəndir” – deyə qurum rəsmisi bildirib.

Teqlər: