Bakıda hamilə qadın evdə ölüb.
AzerTimes xəbər verir ki, hadisə noyabrın 30-da Bakı şəhəri, Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 5 aylıq hamilə Nəzrin Həsənova yaşadığı Binəqədi rayonu ərazisindəki ünvanda hamiləlik qanaxması səbəbindən vəfat etib.
N.Həsənovanın meyiti daxili müayinə edilməsi üçün MTE va PA birliyinə göndərilib.
Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.