Bakıdakı “Yeni Hayat” Residence Yaşayış Kompleksində hadisə baş verib.
AzerTimes “Haqqin.az”a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hakimi olduğu bildirilən Zamiq Bağırov binanın liftinin düyməsini qırıb.
Həmin şəxsin hadisəni hansı səbəbdən törətdiyi hələ ki, məlum deyil.
Qeyd edək ki, Zamiq Bağırov cari ilin yanvarın 12-də Prezidentin sərəncamı ilə sözügedən vəzifəyə təyin olunub.