Bakıda Güneylə bağlı böyük tədbir olacaq – Əlisoy

Bakıda Güneylə bağlı böyük tədbir olacaq – Əlisoy

Bütöv Azərbaycan Ocaqları (BAO) Bütöv Azərbaycan Koordinasiya Mərkəzinin (BAKM) yaradılmasının təşəbbüskarıdır. Təklif Bakıda keçirilən II Bütöv Azərbaycan Forumunda irəli sürüldü və iştirakçılar bu fikrə müsbət yanaşdılar. Aprelin 22-də sözügedən mərkəzin Bakı şəhərində təqdimatı olacaq.

Bu barədə AzerTimes-a BAO-nun sədri Zahir Əlisoy məlumat verib.

O bildirib ki, BAKM-ın yaradılmasında məqsəd Azərbaycanın bütövlüyü, o cümlədən, Güney Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə aparan ictimai və siyasi təşkilatların işinin koordinasiyası, onların birgə, daha effektiv fəaliyyətinin təşkilidir:

“Quzeyi BAO, yəni biz təmsil edəcəyik. Güney təşkilatlarını Bu tayda olan ictimai və siyasi birliklərlə tanış edib, əlaqələndirmə işlərini həyata keçirəcəyik. Bütöv Azərbaycan Koordinasiya Mərkəzində isə İranda yaşayan qaşqay və türkmənlər də təmsil olunur. Tədbirə Xorasan türkləri də dəvət olunub. Onlar Mərkəzin üzvü olmasalar da, çıxış edəcəklər. Mərkəzimiz İran coğrafiyasında yaşayan türklərin birliyinə çevrilib”.

Teqlər: