Bakıda Güneyə vurulan ən ağır zərbə – Foto

Bakıda Güneyə vurulan ən ağır zərbə – Foto

Müstəqilliyin ilk illərindən milli ideyalarımız gündəmdə olub – ancaq ideya kimi; yaxın, orta və uzaq milli hədəflərimizi müəyyənləşdirmək, milli strategiya qurmaq və ona doğru irəliləmək ən böyük arzularımız idi.

İlk dəfə Prezident İlham Əliyev yaxın, orta və uzaq milli hədəfimizlə bağlı milli strategiyaya sahib olduğunun ipucunu vermişdi:

onda ki, Qarabağ məsələsində diplomatiyamızın “müdafiədən hücum taktikasına keçməsinə” göstəriş verdi;

onda ki, özünün əslən Qərbi Azərbaycandan, Qarakilsədən olduğunu dedi;

onda ki, ilk dəfə 50 milyonluq xalqın prezidenti olduğunu elan etdi.

İlham Əliyev addım-addım milli hədəflərə doğru strategiyasını reallaşdırmaqla məşğuldur.

2009-cu ildə Türk Şurasının ilk toplantısına ev sahibliyi edən İlham Əliyev bu böyük yolun təməlini Naxçıvanda qoymaqla bir çoxlarını yaxşı mənada təəccübləndirmişdi.

Sonra türk dünyasının gələcəyi ilə bağlı müzakirələr artdıqca paralel “yaxın hədəfə” doğru irəliləyirdik və 2020-ci ilin 27 sentyabrında yaxın hədəf üçün Orduya əmr verildi!

2020-ci ilin 10 noyabr Üçtərəfli Bəyanatında “Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsi” barədə heç kəsin gözləmədiyi bənd əlavə edildiyini görəndə 2009-cu ilin Türk Şurasının ilk konfransı yada düşməyə bilməzdi.

Kompleks yanaşma, strateji düşüncə var: Nəyi, nə zaman və necə etməyi bacaran Lider milli hədəflərimiz naminə bütün ictimai-siyasi prosesləri də stimullaşdırır.

Buna görə niyə məhz indi Qərbi Azərbaycan İcmasının yarandığı artıq kimsədə sual doğurmur: Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istiqamətində Dəmir Yumruqla sözünü deyib, diplomatiya ilə prosesi yekunlaşdırmağa istiqamətlənən İlham Əliyev “orta hədəfi” artıq “yaxına” çevirməkdə israrlıdır – bir zamanlar “Biz mütləq o torpaqlara qayıdacağıq” sözləri artıq Qərbi Azərbaycana şamil olunur.

Yəqin Qərbi Azərbaycan İcmasının strukturunu, ora toplaşan ziyalıların əhatə dairəsini, möhtəşəm bina və resurslarını yada salmağa da ehtiyac yoxdur. Prezidentin Qərbi Azərbaycan İcması ilə şəxsən görüşdüyü və onlara necə dəstək verdiyi də bir müddət öncənin gündəmidir.

İndi isə bu fotoya baxın: “Güney Azərbaycan icması” adını istismar edən, uzaq hədəfimizdə mümkün layihənin məhvinə yönələn özfaliyyət! – əslində isə “özfəaliyyət” yox, əməliyyat!

40 milyonluq icmanı “təmsil etmək” iddiasına düşən İran casusunun başına toplaşan 5 ziyalı. Onların hansı Güneydən gəlib?

Əlbəttə, kimsə iddia edə bilər ki, əsilləri-kökləri Güneyə bağlıdır və s. Bu fotoda gördüyünüz yalnız iki şəxsin ulu babası Güneydəndir – ulu babası (!); digər 3 şəxsin ümumiyyətlə Güneyə bir aidiyyəti yoxdur!

Birinci “təsisdə” bəzi ziyalılar vardı – aldananlar, səhv məlumatlandırılanlar… İndi onların yerini Güneyə aid olmayanların üst geyimləri “tutur”.

Bu, Azərbaycanın uzaq milli hədəfinə qarşı gözdənsalma kampaniyası, İran kəşfiyyatının təlimatı ilə icra edilən dağıdıcılıqdır. Burda 90-larda Azərbaycana gələn və hazırda da Quzey Azərbaycanda milli fəaliyyətini davam etdirən bircə adam belə yoxdur və ola da bilməz. Çünki güneylilər İranın xüsusi yetişdirib, Quzeyə göndərdiyi Sayman Aruz adlı dələduz-casusun başına toplaşmazlar və toplaşmırlar da.

Ancaq casus öz işindədir; casus təlimatları həvəslə yerinə yetirir və toruna sala bildiyi bir-iki “yeddinci arxadönəni güneyli olan” Azərbaycan ziyalısı ilə çayxana səviyyəsində fotoları paylaşıb, İran kəşfiyyatına tapşırığı necə uğurla yerinə yetirdiyi haqda məlumat ötürür.

Milli hədəflər uğrunda mümkün ideyaları bu cür oğurlayıb, gözdən salmaq, yaradıla biləcək icmanı indidən parçalamaq və bu ada iddia edib, gələcək mübahisənin təməlini atmaq xarici kəşfiyyatın köhnəlmiş və dəfələrlə sınanmış taktikasıdır.

Elə təkcə bu fəaliyyəti araşdırılsa, çox mətləblər üzə çıxar.

Bu İran casusunu durdurmağın zamanı çatdığını artıq 10 gündür iddia edirik!

Teqlər: