Xəbər verdiyimiz kimi, Bakı şəhər, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində günorta saatlarında baş verən yanğın zamanı yaxınlıqda yerləşən Xəzər TV-də təxliyə həyata keçirilib.
AzerTimes Oxu.az-a istinadla xəbər verir ki, TV işçilərinə təhlükəsizlik məqsədilə üç-dörd saat müddətinə qaraja girmək qadağan edilib.
Buna görə televiziya binasının qarşısında post quraşdırıblar.
Həmçinin, bildirilib ki, TV-nin əmlakına ziyan dəyməyib, işçilər isə taksi və ya avtobusla evlərinə gedəcəklər. TV-nin yayımı ştat rejimində davam edir.
Hazırda yanğın söndürülüb, soyutma işləri aparılır.