Xəbər - Samir Əli – Trend:
Bakıda güclü külək fəsadlar törədib.
AzerTimes-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində, Milli Elmlər Akademiyasının (AMEA) ərazisində baş verib.
Günorta saatlarından başlanan külək ərazidəki bir neçə irigövdəli ağacı kökündən çıxarıb.
Hadisə nəticəsində AMEA-nın həyətində piyada səkilərinə ziyan dəyib.