Bakıda güclü külək 11 nəfərə xəsarət yetirib

Xəbər - Samir Əli – Trend:

Paytaxtda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səhiyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, xəsarət alanlardan 5-i kişi, 6-sı isə qadındır.

Xəsarət alanlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.

Teqlər: