Bakıda gözətçi otağı yanıb, 1 nəfər xəsarət alıb

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 4 m² olan gözətçi
otağının içərisində 1 ədəd döşək və elektrik qızdırıcısının kabeli
yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Otaq, içərisində olan 2
ədəd qaynaq aparatı və hər birinin həcmi 10 litr olan 4 ədəd propan
qaz balonu yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: