Bakıda 21 yaşlı qız mopeddən yıxılıb ölüb.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Zığ Yolu küçəsi 2 ünvanın qarşısında baş verib.
Naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Eliza Oruc qızı Həsənova idarə etdiyi mopeddən yıxılaraq qapalı kəllə-beyin travması alıb.
2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilən E.Həsənova aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.