Bakıda gənc qadın sevgilisi ilə dalaşdı, özünü yandırdı

Bakıda gənc qadın sevgilisi ilə dalaşdı, özünü yandırdı

Bakıda qadın özünü yandırıb.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, iyunun 4-də gecə saatlarında Əsmər Xəlilova qeyri-rəsmi nikahda yaşadığı, əvvəllər məhkum olunmuş Vüsal Muxtarov ilə küçədə mübahisə edib.

Onlar asayişi pozduqları üçün polis əməkdaşları tərəfindən saxlanılıb və bölməyə gətirilib.

Bir müddət sonra polislər Əsmər Xəlilovanın küçədə üzərinə benzin tökərək yandırmasını görüb və müdaxilə ediblər.

Ə.Xəlilova 5 saylı Kliniki Xəstəxanasına çatdırılıb. O, bu gün səhər saatlarında orada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Vüsal Muxtarov barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və 8 sutka həbs olunub.

Teqlər: