Bakıda gənc oğlan bıçaqlandı

Bakıda gənc oğlan bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, Ramana qəsəbəsində 2000-ci il təvəllüdlü Dəmirxan Tofiq oğlu Qasımzadə bıçaqlanıb.

Yaralı təcili tibbi yardım avtomobilinin köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun və qarın nahiyəsindən iki ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. D.Qasımzadə əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.

Teqlər: